Media Xəbərləri > Çap üçün versiya > Milli Məclis qərar verdi: Prezidentə müraciət

Milli Məclis qərar verdi: Prezidentə müraciət

Milli Məclis qərar verdi: Prezidentə müraciət
Milli Məclisin iclası başlayıb.

Mediaxeberleri.az xəbər verir ki, iclası Oqtay Əsədov aparır.


İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.

***

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyur.

***

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.

Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.

***

Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsi hazırlanıb. Layihəni sipkerin müavini deputatlara təqdim edib.

İslahatların parlamenti də əhatə etməsi qərarda xüsusi olaraq yer alıb.

B.Muradova bildirib ki, YAP üzvü olan, bitərəf və digər müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin buraxılması təşəbbüsünü dəstəkləyib.

Azərbaycan Respublikasının Konstitutsiyanın 98-ci maddəsi rəhbər tutularaq, Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul edib.

Qərar səsə qoyularaq qəbul edilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=40033

© 2014 www.mediaxeberleri.com