Media Xəbərləri > Çap üçün versiya > "Qarabağ"ın potensial rəqibləri - Çempionlar Liqası

"Qarabağ"ın potensial rəqibləri - Çempionlar Liqası

"Qarabağ"ın potensial rəqibləri - Çempionlar Liqası2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisinin son iki potensial rəqibi Bosniya və Herseqovinanın "Sarayevo" və Çernoqoriyanın "Rudar" komandası olub

Azərbaycan çempionu iyunun 22-də baş tutacaq püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, təmsilçimiz II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.

II təsnifat mərhələsi

Səpələnmişlər:

"Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç),"Qarabağ" (Azərbaycan), HİK (Finladniya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya")

Səpələnməmişlər:

"Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Rudar" (Çernoqoriya) /Qol.az/
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=3835

© 2014 www.mediaxeberleri.com