Media Xəbərləri > Çap üçün versiya > “Dövlət qurumlarında çoxsaylı nöqsanlara yol verilib”- Hesablama Palatasının sədri

“Dövlət qurumlarında çoxsaylı nöqsanlara yol verilib”- Hesablama Palatasının sədri

“Dövlət qurumlarında çoxsaylı nöqsanlara yol verilib”- Hesablama Palatasının sədri
“Büdcə vəsaitlərini istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının, mühasibat uçotunun aparılmasında çoxsaylı nöqsanlara yol verilib”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" beynəlxalq-elmi konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dövlət vəsaitləri üzrə nəzarət kölgə iqtisadiyyatına şərait yaratmamaq üçündür: “Fəaliyyətimizdə maliyyə hesabatlarının təhlili, maliyyə hesabatlarının auditinə xüsusi önəm veririk. Bununla bağlı çoxsaylı araşdırmalar aparırıq və müəyyən etmişik büdcə vəsaitlərini istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının, mühasibat uçotunun aparılmasında çoxsaylı nöqsanlara yol verilib. Bununla yanaşı, bizi narahat edən əsas problemlərdən biri və gələcəkdə özümüz üçün hədəf seçdiyimiz məsələ bütün dövlət sektoru üçün hazırlanmış maliyyə hesabatlarına verilən rəydir. Hazırda bununla bağlı ölkə qanunvericiliyində hər hansı bir tələb yoxdur. Nəinki dövlət sektoru üçün, heç büdcə təşkilatlarının da maliyyə hesabatlarının konsolidasiya aparılmır deyə, heç ona rəy də vermək olmur. Beynəlxalq təcrübədə bu geniş yayılmış bir fəaliyyətdir. Bu, dövlətə məxsus olan bütün aktivlərin, öhdəliklərin, qeyri-maddi aktivlərin uçotunu özündə ehtiva edən bir sənətdir. Yəni dövlət hər hansı bir tarazlı qərar qəbul edilməsi zamanı bu hesabatlardakı göstəricilərdən maksimum istifadə etməyi bacarmalıdır. Bu hesabatlar etibarlı olmalıdır, təhriflərə yol verilməməlidir. Bu etibarlılıq da ali audit orqanının verdiyi rəydən asılıdır”.

Palata sədri onu da vurğulayıb ki, Hesablama Palatası Milli Məclisə ildə bir dəfə hesabat təqdim edir: “Hər bir dövlət qurumunda kənar dövlət maliyyə nəzarət orqanı audit tədbirlər aparmamışdan qabaq həmin dövlət qurumunda mövcud olan daxili nəzarət sisteminin özünə də qiymət verməyə çalışır. Belə ki, bizim bu nəzarət fəaliyyəti başlamamışdan qabaq daxili nəzarət qurumunun gördüyü iş, müəyyən etdiyi nöqsanlar və bununla bağlı görülən işlər tərəfimizdən qiymətləndirilir. Hələ ki, bu fəaliyyət bizim dövlət qurumlarında zəif təşkil olunub və biz bu fəaliyyəti hələ ki, qeyri-qənaətbəxş hesab edirik”.

Vüqar Gülməmmədovun sözlərinə görə, dövlət sektoru üçün maliyyə hesabatlarının konsolidasiya olunması büdcə qanunvericiliyində nəzərdə tutulmayıb. Bununla bağlı bir təklifin olunmasına gəlincə, Palata sədri bildirib ki, bu, daha çox icra qurumlarının səlahiyyətində olan bir məsələdir: “Konsolda olunmuş maliyyə hesabatı olmalıdır ki, buna uyğun da rəy verilə bilsin. Olmayan hesabata necə rəy vermək olar? Büdcə qanunvericiliyində bunla bağlı dəyişikliklər olmalıdır. Qanuna dəyişikliklə bağlı təklif olunmayıb”.

O, Hesablama Palatasının cari və əvvəlki illərdə apardığı nəzarət tədbirləri barədə mütəmadi məlumatlar verdiyini də diqqətə çatdırıb: “Cari ildə apardığı audit tədbirlər rəsmi səhifədə təqdim olunur. Dövlət satınalmaların aparılması və bu işin təşkilində müxtəlif porsudur nöqsanlar Hesablama Palatasının apardığı audit tədbirlərdə öz əksini tapır. Palata istənilən təşkilatda apardığı audit tədbirdə 3 əsas suala cavab axtarır. Birinci, büdcə təşkilatı dövlət vəsaitindən istifadə edərkən bütün vəsaitlərinimi dövlət satınalmalarına cəlb olunub? Yəni bunun statistikası və bütün rəqəmlərmi əhatə olunmur. İkinci, keçirilmiş satınalmalar nə dərəcədə şəffaf və rəqabətli şəraitdə aparılıb? Üçüncüsü, müqavilələrin icra vəziyyəti keçirilmiş satınalmalara uyğunmu həyata keçirilib? Bunlar dövlət satınalmalarında Hesablama Palatasının əsas cavab axtardığı suallardır. Hesablama Palatası nəzarət tədbirləri apararkən dövlət satınalmaları ilə bağlı 3 sualla yanaşı, ən əsas diqqət yetirdiyi məsələ satınalmaların metodunun seçilməsi ilə bağlıdır. Əgər bir mənbədə satınalmaların xüsusi çəkisi çoxdursa, bunun müəyyən təsiri vardır.

Palatanın əsas rəylərində göstərilən və bununla bağlı icra qurumlarına göndərdiyi rəylərdə də bir mənbədən satınalma metodlarının sayını digər metodlara nisbətən çox olmasıdır. Bir mənbədən satınalmaların tətbiqində hər hansı bir qənaətdən və yaxud rəqabətlilikdən danışmaq problemli məsələdir. Keçirilən satınalmalara baxdıqda, həmin satınalmalarda ehtimal olunan məbləğ ümumiyyətlə, müəyyənləşdirilmir, yalnız təşkil olunmuş büdcə göstəriciləri göstərilir. “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalmada müəyyən olunmuş prosedurlar tam yerinə yetirilmir”.

Yeganə Oqtayqızı
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=37099

© 2014 www.mediaxeberleri.com