Media Xəbərləri > Çap üçün versiya > Məşhur azərbaycanlı repçi Kiyevə köçür

Məşhur azərbaycanlı repçi Kiyevə köçür

Məşhur azərbaycanlı repçi Kiyevə köçür Mən tez-tez Kiyevdə oluram. Yaratmaq, ilham almaq üçün buraya gəlirəm. Ukraynanı bəyənirəm, bu ölkəyə qarşı çox xoş hisslərim var. Burada yaradıcılıq axını daha yaxşıdır.

Bu sözləri məşhur Azərbaycan əsilli qazaxıstanlı repçi Cah Xalib (Bəxtiyar Məmmədov) “YouTube” kanalında yayımlanan "Şayiə var" proqramında deyib.

Xalib əvvəl Moskvada yaşasa da, bu, onun həyatına və işinə mənfi təsir göstərirmiş.

"Mən əvvəllər Moskvada yaşayırdım, orada mənim üçün çətin idi. Kiyevə gəldim, albomu yazmaqda davam etdim və hər şey dərhal öz yoluna düşdü. Kiyevi yaradıcı Məkkə hesab edirəm. Moskva sadəcə mənim şəhərim deyil, Kiyevdə, Ukraynada özümü rahat hiss edirəm", - deyə repçi bildirib.

Qeyd edək ki, 24 yaşlı Cah Xalib son illərin ən uğurlu qazaxıstanlı ifaçılarından biridir. Repçi həm də “beatmaker”, müğənni və prodüserdir. Anası qazax, atası isə azərbaycanlıdır. O, bir neçə dəfə paytaxtımızda keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış edən məşhurlar sırasında yer alıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=36873

© 2014 www.mediaxeberleri.com