Media Xəbərləri > Çap üçün versiya > Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO

Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO

Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Əli Kərimlinin əmisi oğlunun Avropada səpdiyi şabaşın qaynağı

1993-cü il.

AXC hakimiyyəti artıq süquta uğrayıb.

Əbülfəz Elçibəy Bakını tərk edib, doğma kəndinə- Kələkiyə qayıdıb.

Qədim Kələki kəndi öz tarixinin ən turistik günlərini yaşayır.

Xaricdən qonaqlar gəlir, cəbhəçilər, müsavatçılar eks prezidentin ata ocağına axın edir.

Jurnalistlər Bakı ilə Ordubadın arasını su yoluna döndərib...

Hakimiyyətdən təzə gediblər hələ, hər kəsin əli qalındır, canlarının istisi kreslolardan çəkilməyib hələ, sözləri keçir.

Quzular kəsilir, kabablar çəkilir, gələn-gedən Naxçıvan torpağının mənzərəsindən, buz bulaqlarından, qonaqpərvərliyindən feyziyab olur.

Heç kim “o pulun” hayında deyil, bircə keçmiş dövlət katibi Əli Kərimlidən başqa.

O da Kələkidədir.

Münasib vaxt, girəvə tapıb Bəyin qılığına girir. Hakimiyyət vaxtı AXC-nin hesabına köçürülmüş təxminən 200 min dollar vəsaiti “sərmayə” olaraq ona verilməsini xahiş edir, həmin pulun biznesə yatırılmasının daha doğru olacağına AXC sədrini inandırır. Bəy, “pul sənə əmanət” deyir, düşünür ki, qoy uşaqlar pulu dövr etdirsinlər, sərmayəsi ilə həm özləri dolansın, həm də təşkilat saxlanılsın, mayası da bankdansa, əldə olsun ki, qəfil nəyəsə lazım olsa, ortalığa qoyulsun.

İllər keçdikcə Elçibəy də, AXC və sonradan axırına “P” əlavə olunmuş təşkilat da maliyyə sıxıntıları ilə üzləşir. Gün gəlir Əbülfəz Elçibəyin ailəsinin dolanışığında, səhhətində problemlər yaranır və işin içində olan silahdaşları partiya sədrinin yadına həmin 200 min dolları salırlar. Əbülfəz Elçibəy Əli Kərimlini çağırır, o günəcən nə mayasından, nə də nəfindən xəbər çıxan puldan bir az gətirməsini tələb edir.



Kərimli daş atıb, başını tutur, sən demə, Seymur adlı “yurddaş”ı pulu Türkiyədə batırıbmış.

Bir müddət sonra Elçibəy səhhəti ilə əlaqədar Türkiyəyə getməli olur. Səfər və müalicə xərclərini MHP rəhbərliyi qarşılayır. Çoxlu görüşlər keçirilir, müzakirələr aparılır. O söhbətlərin birində əldən iti tanınmış MHP üzvlərindən biri Əli Kərimlinin Türkiyədə qurduğu biznesdən bəhs edir, qısa araşdırma nəticəsində məlum olur ki, bir ucu da Avropaya dirənən həmin biznes Elçibəyin əmanətinə xəyanətlə qurulub. MHP-lilər Elçibəyə həmin biznesi idarə edənlərin boğazına çökməyi, 10 qatını alıb qaytarmaları üçün razılıq verməsini təklif edirlər. Elçibəy razılaşmır, “haramları olsun” deyir.

Əli Kərimlinin əmisi oğlunun, qohumlarının tərəfdarlarının Avropada lül dəm olub küçənin ortasında səpdiyi şabaşları görmüsünüzmü?

Görməmisinizsə, paylaşırıq, baxarsınız.

Ancaq Kərimlinin vaxtilə acından günorta yuxudan duran qohumlarının necə zənginləşdiyini maraq edirsinizsə, deyək.

Bu zənginliyin qaynaqlarından biri də vaxtılə Elçibəydən, AXC-dən, cəbhəçilərdən oğurlanmış 200 min dollardır.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34797

© 2014 www.mediaxeberleri.com