Media Xəbərləri > Çap üçün versiya > Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilər

Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilər

Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilərƏvvəllər belə deyildi. Sovet dövründə xatırlayıram dolu dağıdan toplar var idi. Buludlar kəndin üstünə yaxınlaşdıqca, dolu dağıdan toplardan atəş açılırdı. Və həmin buludlar da yağışa çevrilirdi. İndi isə bu toplar yoxdur. Ona görə də hər il kənd təssurafına ciddi ziyan dəyir.

Mediaxeberleri.az xəbər verir k, Bu sözləri ANS PRESS-in əməkdaşı ilə söhbətində Bakıya iş dalınca gələn Tərtər rayon sakini Məhərrəm Hümbətov deyib.

Onun sözlərinə görə, son bir neçə ildə müşahidə olunan dolu və leysan yağışları kəndlinin əziyyətini puça çıxarır. Bu da məhsuldarlığın azalmasına səbəb olur. Məsələn ötən il Tərtər rayonunda dolu nəticəsində 500 hektara qədər taxıl, 300 hektara qədər pambıq, 400 hektara qədər bostan bitkiləri olan sahələr məhv olub.

Bəs, Sovet dövründə kəndlinin dadına çatan dolu dağıdan topları yenidən bərpa etmək mümkündürmü?

Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuata açıqlamasında bildirib ki, ola bilsin Azərbaycan həmin təcrübəyə bir daha qayıdılsın. “Meteosistemin yeniləşməsi ilə bağlı dövlət proqarımı hazırlanır. Sənəd hazır olanda hökumətə təqdim ediləcək. Yeni sənəd dolu dağıdan topların təzədən alınmasını istisna etmir”.
Elə ekspertlər də hesab edirlər ki, dolu dağıdan topların bərpası ölkədə kənd təsərrufatı sahədində məhsuldarlığın artmasına böyük töhfə verəcək.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirdi ki, dolu dağ rayonlarında, xüsusən kartofçuluğa, taxılçılığa ciddi ziyan vurur.

Təcrübə onu göstərir ki, dolu dağıdan toplar Azərbaycan ərazisində 2 yerdə yerləşdirilə bilər. Belə ki, Ağstafa və Şamaxı rayonlarında radiometoroloji stansiyalar fəaliyyət göstərir. Hər stansiya 250 kilometr radiusunda ərazini əhatə edir. Yəni 2 stansiya vasitəsilə bütün respublika ərazisini əhatə etmək mümkündür. Bu stansiyalarda yağıntının intensivliyi, miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan əraziləri müəyyən etmək olar.

Bulud dağıdan topların ekologiyaya ziyanlarına gəlincə, ekspert bildirdi ki, ekologiyaya daha çox bu gün düşən buz parçaları zərər vurur: “Dolu dağıdan topların ekologiyaya heç bir zərəri yoxdur. Bu fikirlər əsassızdır. Xüsusilə yüksək dağlıq əraziləri olan ölkələrdə o toplardan çox geniş istifadə edirlər. Gözlənilən dolunun qarşısını alıb onu yağışa çevirməklə təbiətə daha çox fayda verirlər. Dağlıq ərazilərdə bitkilər dəmyə şəraitində yetişir. Ona görə də bu ərazilərdə yağış suyuna daha çox ehtiyac var. Həmin toplardan istifadə etməklə həm dolu riskinin qarşısı alınmış olur, həm də bitkilərin suya olan tələbatı ödənilir. Ümumiyyətlə, son vaxtlar Azərbaycana düşən dolunun həcmi böyüyür. Əvvəllər adətən noxud dənəsi boyda olurdu dolunun dənələri, amma artıq yumurta boydadır. Bu isə daha çox ziyan deməkdir. İndi dolu yalnız birillik bitkilərə deyil, çoxillik bitkilərə, ağaclara, mülklərə, maşınlara ciddi ziyanlar dəyir”.

Deyildiyi kimi hər il düşən dolunun həcmi ilə bərabər kəndlinin zərəri böyüyür. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan dövlət proqramı tezliklə hökumətə təqdim edilər və kəndlinin zərəri deyil, qazancı artar.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=3471

© 2014 www.mediaxeberleri.com