Media Xəbərləri > Çap üçün versiya > Zabil Müqabiloğlunun “Son zəng”i…

Zabil Müqabiloğlunun “Son zəng”i…

Zabil Müqabiloğlunun “Son zəng”i…
Bu kitabı istedadlı və elə o qədər də işıqlı, sədaqətli, mərd insan olan Zabil Müqabiloğlunun ruhuna dua kimi oxuyacaqsınız. Ruhu şad olsun deyə....

Bu cümlələr mərhum Jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş "Son zəng" kitabının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mırasimində səslənib. Kitaba tanınmış ziyalıların, həmkarlarının, dostlarının Zabil Müqabiloğlu haqqında yazdıqları ürə sözləri, eləcə də, jurnalistin öz yazıları daxil edilib.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, kitabın hazırlanmasında və nəşr olunmasında Milli Məclisin deputatı Qənirə Paşayevanın, Mətbuat Şurasının və onun sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun, publisist, şair Umud Rəhimoğlunun, professor Qulu Məhərrəmlinin, tanınmış jurnalist, redaktor Famil Cəfərlinin, eləcə də, bir sıra başqa şəxslərin dəstəyi olub. Zabil Müqabiloğlu haqqında, professor Qulu Məhərrəmli, Əflatun Amaşov,525-ci qəzetin baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Bizim Yol" qəzetinin və bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev, Yadigar Məmmədli, Rey Kərimoğlu, Jalə Mütəllimova və başqaları təsirli çıxışlar ediblər. Onlar öz qısa ömründə Zabil Müqabiloğlunun maraqlı, mübarizələrlə, yaradıcılıq uğurları ilə, ağrılarla, itkilərlə dolu illər yaşadığını, insanların yaddaşında öz müsbət obrazı ilə qalması haqqında danışıblar.

Tədbirdə Zabil Müqabiloğlu ilə bağlı videoçarx da göstərilib. Mərhum jurnalistin bacısı Sevinc Əliyeva Zabil Müqabiloğlunun xatirəsinə göstərilən hörmətə, kitabın nəşrində göstərdikləri köməyə, təqdimatda iştiraka görə təşəkkürünü bildirib.
Qeyd edək ki, kitab "Qanun" Nəşrlər Evində çapdan çıxıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34429

© 2014 www.mediaxeberleri.com