Media Xəbərləri > Çap üçün versiya > Jirinovski yenə qalmaqal yaradıb və Dövlət Dumasının iclasını tərk edib

Jirinovski yenə qalmaqal yaradıb və Dövlət Dumasının iclasını tərk edib

Jirinovski yenə qalmaqal yaradıb və Dövlət Dumasının iclasını tərk edib
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Dövlət Dumasının iclasını “sizdən iyrənirəm” deyə qışqıraraq tərk edib.

Rusiyanın “Ren tv” kanalının məlumatına görə, radikal siyasətçi özünün irəlü sürdüyü, rus əsilli şəxslər üçün Rusiya Federasiyası vətəndaşlığının alınması ilə bağlı prosedurların asanlaşdırılması barədə təklifinin rədd edilməsinə qəzəblənib.

“Mən etiraz əlaməti olaraq zalı tərk edirəm. Siz vətəndaşlarımızın xeyrinə olan bir qanunun lehinə səs vermədiyiniz üçün burada oturmağa utanıram”, - V.Jirinovski deyib. RLDP sədri yaşananları “rüsvayçılıq” adlandırıb.

Gazeta.ru saytının verdiyi xəbərə görə, bundan bir ay öncə Vladimir Jirinovski yerli mediaya verdiyi müsahibədə XX əsrdə ABŞ əhalisinin 4 dəfə, Rusiyanın isə sadəcə 2 dəfə artmasından şikayətlənib. O, səbəb kimi müharibə və inqilabları göstərib.

“Biz bütün bu təlatümlərdən qaçmalı idik”, - deyə rusiyalı siyasətçi bildirib.

V.Jirinovski ölkə əhalisinin azalmasında ikinci səbəb olaraq hamiləliyin süni olaraq sonlandırılmasını göstərib.

O, buna görə sosial mühiti və hətta məşhur jurnalistAndrey Malaxovun proqramlarını da günahkar çıxarıb.

“Əgər Malaxovun verilişləri davam etsə, heç kim dünyaya uşaq gətirməyəcək”, - deyə V. Jirinovski qəribə mülahizə yürüdüb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34296

© 2014 www.mediaxeberleri.com