Media Xəbərləri > Çap üçün versiya > İcra başçısı heyvandarlıq kompleksi ilə yaxından tanış oldu

İcra başçısı heyvandarlıq kompleksi ilə yaxından tanış oldu

İcra başçısı heyvandarlıq kompleksi ilə yaxından tanış oldu
18 iyun 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Muzdurlar kəndidə yerləşən “Türk qida sənaye” MMC“ məxsus heyvandarlıq kompleksi ilə yaxından tanış oldu.

İcra başçısına məlumat verildi ki, “Türk qida sənaye” MMC-nin ümumi torpaq sahəsi 9,0 hektardan ibarətdir. Kompleksin tikinti sahəsi 13100 kv. metrdir. Burada süd və ət istehsalı üçün 920 baş tutumlu iri buynuzlu heyvanlar saxlanılır. Müəssisənin gündəlik süd istehsalı 11-12 ton, illik ət istehsalı 60-70 ton təşkil edir. Qeyd edildi ki, layihənin ümumi dəyəri 4 milyon 250 min manatdır. Müəssisədə hazırda 56 nəfər çalışır. Kompleksin pesrpektiv inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 5 milyon manat kredit ayrılmışdır. Cənab Məhərrəm Quliyev müəssisənin gələcək inkişafı ilə bağlı öz tapşırıq və tövsiyələrini verdi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34283

© 2014 www.mediaxeberleri.com