Amerika Kuboku: tarixi matç başa çatdı
Braziliyada keçirilən Amerika Kubokunda daha iki maraqlı oyun baş tutacaq.
Axar.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da B qrupunda Paraqvay yığması Qətəri qəbul edəcək.
Növbəti matç isə gecə saat 02:00-da başlayacaq və C qrupunda Uruqvay millisi Ekvadorla üz-üzə gələcək.
Qeyd edək ki, Qətər ilk dəfədir bu turnirdə iştirak edir.
***
Paraqvay-Qətər matçı 2-2 bərabərliklə yekunlaşıb. Qətər 2-0 geriyə düşməsinə baxmayaraq, hesabı bərabərləşdirə bilib.
© 2014 www.mediaxeberleri.com