Media Xəbərləri > Çap üçün versiya > İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA

İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA

İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA
İyul ayının ilk günlərindən etibarən ölkənin bir sıra rayon və şəhər icra hakimiyyətlərinin başçıları dəyişdiriləcək.

Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bir neçə rayonun başçısı yay tətilinə vəzifə başında getməyəcək. İlkin olaraq, əhalinin illərdir ki, etimadsızlığını qazanan icra başçıları bu prosesdə yola salınacaq.

Mənbəmimiz dövlətin müvafiq qurumlarının ötən müddətin yekunları ilə bağlı hazırladığı hesabatın da buna xidmət etdiyini deyib.

Qeyd edək ki, həmin hesabat məqalələrində Yevlax, Ağcabədi, Ağdaş, Astara, Balakən, Göyçay, Göygöl, Neftçala, Samux, İmişlinin icra başçıları “vurulub”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=33971

© 2014 www.mediaxeberleri.com