Media Xəbərləri > Çap üçün versiya > Sevgilisi ilə görüşən oğlanı vəhşicəsinə döydülər.

Sevgilisi ilə görüşən oğlanı vəhşicəsinə döydülər.

Sevgilisi ilə görüşən oğlanı vəhşicəsinə döydülər.Hadisə 7-ci mikrorayonda baş verib.

Bakıda sevgilisi ilə evdə yaxalanan oğlanı döyüblər.

Mediaxeberleri.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 7-ci mikrorayon, dairəvi yolun yaxınlığında yerləşən mənzildə baş verib. Abşeron rayon sakini, 26 yaşlı Ağasəf Səfərov (ad və soyadlar şərtidir) həmin mənzildə sevgili münasibətində olduğu Gülər adlı qadınla görüşüb.

Qəfildən evə qızın qohumları basqın ediblər və onlar A.Səfərovu döyüblər. Bundan sonra həmin şəxslər 26 yaşlı oğlanı avtomobillə Novxanı qəsəbəsindəki bağ evinə gətirərək, orada yenidən amansızlıqla döyüblər.

Polisə müraciət edən A.Səfərov onu döyən şəxsləri tanımadığını və Novxanıya aparıldığı maşının nömrəsini xatırlamadığını deyib.

26 yaşlı oğlanın müraciəti əsasında araşdırmalar davam etdirilir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=3370

© 2014 www.mediaxeberleri.com