Media Xəbərləri > Çap üçün versiya > Qadın həkim ona təcavüz edən manyakın dilini qopardı

Qadın həkim ona təcavüz edən manyakın dilini qopardı

Qadın həkim ona təcavüz edən manyakın dilini qopardıCənub Afrikada xəstəxanaların birində gecə növbəsində çalışan və otağında istirahət edən qadın həkimə qarşı təcavüzə cəhd edilib.

Mediaxeberleri.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənub Afrikanın Bloemfontein şəhərində yerləşən Pelonomi Tertiary xəstəxanasında baş verib.

32 yaşlı adam xəstə qılığında xəstəxanaya girib və qadın həkimə qarşı zorakılıq edib.

Həkimə hücum edən şəxs onu öpməyə çalışıb. Bu zaman o təcavüzkarın dilini dişiylə qoparıb. 32 yaşlı adam qanlar içində qaçaraq xəstəxanadan qaçıb.

Xəstəxana rəsmiləri polisə xəbər verib. Polis şəhərdəki bütün xəstəxanalara dilindən yaralı olan bir adam müalicə üçün gələrsə onlara xəbər vermələrini deyib. Gecə saat iki radələrində həkimə təcavüz edən şəxs müalicə üçün getdiyi xəstəxanada polis tərəfindən saxlanılıb. Saxlanılan təcavüzkar müalicəsi üçün təcavüz etdiyi həkimin xəstəxanasına aparılıb. Qadın həkim ona təcavüz edən şəxsi müalicə edib. Təcavüzkar daha sonra əlləri qandallı şəkildə əməliyyatı üçün başqa bir xəstəxanaya aparılıb. Polislərin bildirdiyinə görə, xəstəxanada müalicə alan təcavüzkarın vəziyyəti yaxşılaşan kimi onu həbsxanaya aparacaqlar.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=33683

© 2014 www.mediaxeberleri.com