Media Xəbərləri > Çap üçün versiya > Özil Bakıda Emerini təhqir edib?

Özil Bakıda Emerini təhqir edib?

Özil Bakıda Emerini təhqir edib?
İngiltərənin "Çelsi" klubu ilə Bakıda keçirilən Avropa Liqasının final oyunu zamanı "Arsenal"ın düşərgəsində qalmaqal baş verib.

Report xəbər verir ki, türk əsilli yarımmüdafiəçi Məsud Özil əvəzlənərkən baş məşqçi Unay Emerini təhqir edib.

O, 77-ci dəqiqədə meydana çıxdığı zaman ispaniyalı mütəxəssisə "Sən məşqçi deyilsən" söyləyib.

Daha əvvəl "Arsenal"ın yay transfer dövründə Özili satmağa hazır olduğuna dair xəbərlər yayılıb. Lakin ildə 20,3 milyon avro maaş alan türk əsilli futbolçunun istəyini tam təmin etməyə istənilən klub hazır deyil. 31 yaşlı yarımmüdafiəçi 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasının 24 oyununda 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Bakıdakı final qarşılaşmasında "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=33504

© 2014 www.mediaxeberleri.com