Media Xəbərləri > Çap üçün versiya > 3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - Qubada

3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - Qubada

3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - QubadaQuba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Mediaxeberleri.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.

2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.

Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=32953

© 2014 www.mediaxeberleri.com