Media Xəbərləri > Çap üçün versiya > Başçının tarixi çıxışı: Kəlbəcər necə işğal edildi? – Video

Başçının tarixi çıxışı: Kəlbəcər necə işğal edildi? – Video

Başçının tarixi çıxışı: Kəlbəcər necə işğal edildi? – Video
Son proseslər fonunda Kəlbəcər rayonunun 1993-95-ci illərdə icra başçısının müavini və icra başçısı vəzifələrində çalışan Əvəz Şükürovun Milli Məclisdə vaxtilə etdiyi çıxış yenidən müzakirə mövzusuna çevrilib.

Əvəz Şükürov Milli Məclisdə çıxışı zamanı İsa Qəmbər və AXCP hakimiyyətinin erməni təcavüzünə məruz qalan torpaqlara münasibəti, şahidi olduğu hadisələri danışıb.

O, çıxışında Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında məhz AXC-Müsavat tandemini günahlandırır. Qeyd edir ki, AXC-Müsavat hakimiyyəti zamanı Kəlbəcərdə icra başçısı və onun müavinləri səriştəsiz, qeyri-peşəkar və kriminal keçmişi olan şəxslər idi və onlar təbii ki, torpağı qoruya bilməzdilər.

Ə.Şükürov Kəlbəcərdəki məşhur “15 günlük toy”a da toxunub.

O, həmçinin işğal ərəfəsində prezidentə teleqramlar vurduğunu, “Şuşa və Laçın kimi Kəlbəcəri də qumara qoymusunuz” deyə bildirdiyini, lakin heç bir tədbir görülmədiyini də bildirir.

Daha ətraflı videodan məlumat ala bilərsiniz:

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=32684

© 2014 www.mediaxeberleri.com