Media Xəbərləri > Çap üçün versiya > 4 rayonda güclü yanğın hadisəsi qeydə alınıb

4 rayonda güclü yanğın hadisəsi qeydə alınıb

4 rayonda güclü yanğın hadisəsi qeydə alınıb
Azərbaycanda sahibkarın müəssisəsi və 3 ailənin isə evi yandı

Mediaxeberleri.az
FHN-ə istinadən xəbər verir ki, Yevlax şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Çayqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 2000 m² olan tikilinin (quşçuluq sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı köməkçi tikilinin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=31463

© 2014 www.mediaxeberleri.com