Media Xəbərləri > Çap üçün versiya > Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar

Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar

Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - FotolarAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına və “Bakı-2015” ilk Avropa Oyunlarının məşəl qarşılama mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir.

Artıq bir neçə gündür ki, Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkı və Tarixi və Müasir abidələr parkında yeni gül kollarının əkilməsi, gül dəstlərindən ibarət milli bəzək nümunələrinin yaradılması işləri aparılır. Bir neçə gün ərzində 12 minə qədər yeni gül kolları əkilmiş, buta, romb və digər formalarda güllərdən mozaika tərtib olunmuşdur. Cari ildə Gül bayramının daha möhtəşəm və rəngarəng keçməsi üçün müvafiq bayram proqramı hazırlanmışdır.

Ağstafa şəhəri bu günlərdə daha bir beynəlxalq tədbirin iştirakçılarını qəbul etməyə hazırlaşır. 18 may 2015-ci il tarixdə Ağstafada “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olacaqdır. Məşəli qarşılama mərasiminə hazırlıq işləri çərçivəsində rayon mərkəzində məşəlin keçəcəyi küçələrdə təmir və abadlıq işlərinə başlanılmışdır. Şəhərin Heydər Əliyev prospektində, N.Nərimanov, S.Ağamalıoğlu, R.Alıcanov, M.Ə.Rəsulzadə, 20 yanvar küçələrində hasarların, dekorativ taxta qapı və məhəcərlərin rənglənməsi və cari təmir işləri aparılır.

Bayramlar ərəfəsində aparılan işlərin sürətlə və keyfiyyətlə görülməsinə nəzarət olunur.


Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=3108

© 2014 www.mediaxeberleri.com