Media Xəbərləri > Çap üçün versiya > Neftçalada oğlunu döyən ataya cinayət işi açılıb

Neftçalada oğlunu döyən ataya cinayət işi açılıb

Neftçalada oğlunu döyən ataya cinayət işi açılıbOğlunu bellə döyən ataya qarşı cinayət işi başlanıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, ailə münaqişəsi zəminində Kazımov Sakit Delqat oğlu yaşadıqları evdə oğlu Kazımov Zahidin başına belin metal hissəsi ilə zərbə vuraraq xəsarət yetirib. Neftçala rayon Prokurorluğunun, rayon Polis şöbəsi əməkdaşlarının, məhkəmə tibbi ekspertinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanıb.
Qeyd edək ki, aprelin 13-də axşam saatlarında Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Sakit Dilqat oğlu Kazımov, aralarında baş vermiş münaqişə zəminində 1991-cı il təvəllüdlü Zahid Kazımovu başından bellə vuraraq ağır xəsarət yetirib. Sonuncu ağır kəllə-beyin travması ilə Neftçala rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=30858

© 2014 www.mediaxeberleri.com