Media Xəbərləri > Çap üçün versiya > Günay ağladı

Günay ağladı

Günay ağladı

"Tolqanın uşağıma yalnız ata qayğısı göstərməsini istəyirəm”.

Aktyor Tolqa Karel ilə boşanmağa hazırlaşan Günay Musayeva “Kod adı: K.O.Z” filminin qala gecəsində ağlayıb.

Mediaxeberleri.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox tanınmış simanın qatıldığı qala gecəsində Karel-Musayeva cütlüyü arasındakı gərginlik diqqət çəkib. Karellə eyni fotoda yer almaq istəməyən Musayevanı film heyəti son anda razı salıb.

“Ayrılık müddətindən uşağınız necə təsirlənir?” sualına “Təbii ki, təsirlənir. Mən onu ən yaxşı şəkildə yetişdirəcəm. Tolqanın uşağıma yalnız ata qayğısı göstərməsini istəyirəm”-, deyə cavab verən Musayevanın gözləri dolub.

Bir daha bir araya gəlməyəcəklərini sözlərinə əlavə edən modelin göz yaşlarını əli ilə sildiyi görülüb.

Qeyd edək ki, ötən həftə Tolqa Karel Günay Musayevanın mühafizəçisi tərəfindən silahla hədələndiyini iddia edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=30

© 2014 www.mediaxeberleri.com