Media Xəbərləri > Çap üçün versiya > Əjdər Həmidov hədiyyə verilən mənzildən danışdı - MÜSAHİBƏ

Əjdər Həmidov hədiyyə verilən mənzildən danışdı - MÜSAHİBƏ

Əjdər Həmidov hədiyyə verilən mənzildən danışdı - MÜSAHİBƏPrezident İlham Əliyev Xalq artisti Əjdər Həmidova mənzil hədiyyə edib.

Mediaxeberleri.az xəbər verir ki, bununla əlaqədar Ə. Həmidov Oxu.Az-a özəl müsahibə verib.

- Cənab Prezident Sizə mənzil hədiyyə etdi. Bu xəbəri Sizə ilk kim çatdırdı ?

- Mən möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Prezident gördüyüm işləri dəyərləndirib, məni mənzillə təmin edib. Təkcə məni yox, həm də bir neçə həmkarımı mənzillə təmin edib. Bu xəbəri ilk dəfə icra strukturundan aldım.

- Cənab Prezident incəsənət nümayəndələri ilə görüş keçirdi. Görüşdə mədəniyyət xadimlərinin problemlərindən danışıldı. Bu görüşü Siz necə qiymətləndirirsiz?

- Mən hesab edirəm ki, bütün çıxışlar yerində idi, lazımı idi. Çox sağ olsun Prezidentimiz, ora toplaşan incəsənət nümayəndələrini diqqətlə dinlədi, onların müraciətlərini qəbul etdi. Bildiyiniz kimi qısa müddətdə sənət adamlarının maaşları artırıldı və onlar mənzil ilə təmin olundu. Öz adımdan və sənət nümayəndələri adından möhtərəm prezident cənab İlham Əliyevi və birinci vitse-prezident Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=29622

© 2014 www.mediaxeberleri.com