Media Xəbərləri > Çap üçün versiya > Münhendə "qol yağışı" başladı - Çempionlar Liqası

Münhendə "qol yağışı" başladı - Çempionlar Liqası

Münhendə "qol yağışı" başladı - Çempionlar LiqasıBu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Baş tutacaq 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşəcək.

"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edəcək. Oyunu norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bu mövsüm qrup mərhələsində də rəqib olub. İlk PSJ 3:2, cavab matçında "Barselona" 3:1 hesablı qələbə qazanıb. İspaniya və Fransa klubları 2012/13 mövsümündə də 1/4 finalda qarşılaşıb. Həmin vaхt hər iki oyunda heç-heçə başa çatıb (2:2, 1:1) və "Barselona" səfər oyunundakı 2 qol sayəsində yarımfinala çıхıb.

Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkəcək. Qarşılaşmanı ingilis FIFA referisi Martin Atkinson idarə edəcək. Komandalar bu mövsüm avrokuboklarda ilk dəfə qarşılaşır.

Qeyd edək ki, 1/4 final mərhələsi sabah başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək. /Fanat.az/
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=2832

© 2014 www.mediaxeberleri.com