Media Xəbərləri > Çap üçün versiya > Qadın güləşçilərimiz Fransadan üç medalla qayıdır

Qadın güləşçilərimiz Fransadan üç medalla qayıdır

Qadın güləşçilərimiz Fransadan üç medalla qayıdır
Fransanın Nitsa şəhərində "Qran-pri" turniri keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb. 10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb.

Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.

Xatırladaq ki, "Qran-pri"də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ölkəmizi təmsil edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=28054

© 2014 www.mediaxeberleri.com