Media Xəbərləri > Çap üçün versiya > Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı

Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı

Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı
Bu gün, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin Ağstafa rayon şöbəsinin təşkilatçılığı ilə Ağstafa Əlahiddə Ərazi Özünümüdafiə Batalyonunun əfsanəvi komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik Dilqəm Turxan oğlu Vəliyevin Dağ Kəsəmən kənd qəbirstanlığında yerləşən məzarı ziyarət olunub.

7 dekabr Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Turxan oğlu Vəliyevin torpağa taşırıldığından 40 gün ötür.

Mediaxeberleri.az xəbər verir ki, bu münasibətlə D.Vəliyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Dağ Kəsəmən kənd qəbirstanlığında yerləşən məzarını ziyarət ediblər.

Ziyarət iştirakçıları mərhum polkovnik Dilqəm Turxan oğlu Vəliyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Xatırladaq ki, D.Vəliyev 1955-ci il dekabr ayının 14-də Qazax rayonunun, Dağ Kəsəmən kəndində andan olub. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə batalyonu yaradıb. Sonradan qərargah rəisi kimi Ağstafa və Qazax rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən, o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir. Ağstafa rayonundan Bakıya getmiş mayor Vəliyev Dilqəm Turxan oğlu Ağstafa Əlahiddə Ərazi Özünümüdafiə Batalyonunun komandiri seçilir.

Dilqəm Vəliyev rayona qayıtdıqdan sonra İcraiyyə Komitəsinin sessiyası keçirilir. Dilqəm Vəliyev İcraiyyə Komitəsinin sessiyasında da Rayonda yaranacaq Ağstafa Əlahiddə Ərazi Özünümüdafiə Batalyonunun komandiri seçilir. Sessiyada qrafik əsasında Noyabr ayının 1-dən 24-nə zabit kontingenti formalaşması, 24-dən dekabr ayının 8-nə kimi əsgərlərin toplanması və müəyyən təlimlərin keçirilməsi, dekaabr ayının 26-da isə Ağstafa ərazi özünümüdafiə batalyonunun yaranması barədə raport verilməsi tövsiyə olunur. 26 dekabr 1991-ci il tarixində Ağstafa rayonunda səfərbərlik elan olunur. Tövsiyəyə uyğun olaraq oktyabr ayının 1-i 4-ü arası zabit heyəti təyin olunur. Dilqəm Vəliyevin 1 saylı əmri ilə kapitan Şahmərdan Əhmədov qərargah rəisi təyin olunur.

İlk vaxtlar 200 nəfərdən ibarət olan batalyonun şəxsi heyətinin sayı 1991-ci ilin dekabr ayında 300 nəfərə çatmış, 1992-ci ilin aprel ayında isə 500 nəfərdən çox olmuşdur. Qərargah rəisi kapitan Şahmərdan Əhmədovun bildirdiyinə görə, Ağstafa rayonunda 5 mart 1992-ci il tarixində səfərbərlik elan olunandan sonra 1 aprel 1992-ci il tarixində 700 nəfər sırada olub. 15 aprel 1992-ci ildə 560 nəfərlik andiçmə mərasimi keçirilib.

Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı
Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı

Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı
Azərbaycan Milli Ordusunun qurucularından olan polkovnik Dilqəm Vəliyev anıldı
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=27407

© 2014 www.mediaxeberleri.com