Prezident İlham Əliyev ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Mediaxeberleri.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olundu. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan - ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
© 2014 www.mediaxeberleri.com