Media Xəbərləri > Çap üçün versiya > Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurdu
Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.


Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=25784

© 2014 www.mediaxeberleri.com