Media Xəbərləri > Çap üçün versiya > Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib

Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib

Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib
Siciliyanın Kasteldaçça bölgəsində aramsız leysan yağışlarından sonra çayın öz məcrasından çıxması nəticəsində su altında qalan villanın çökməsi 9 nəfərin, o cümlədən iki azyaşlının ölümünə səbəb olub.

Mediaxeberleri.az Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşibxəbər verir ki, təbii fəlakət nəticəsində çökən villanın 2010-cu ildə qeyri-qanuni tikildiyi üzə çıxıb. Bununla əlaqədar villanın sahibləri qanunsuz tikinti işləri aparmaqda təqsirləndiriliblər.

Yerli mənbələrin verdiyi məlumata görə, villanın sahibləri Antonino Peys və Konçetta Surriya üç ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla yanaşı, 23,5 min avro məbləğində cərimələniblər. Məhkəmə qanunsuz tikilən villanın sökülməsi barədə qərar qəbul edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=24188

© 2014 www.mediaxeberleri.com