Media Xəbərləri > Çap üçün versiya > 8 ermənini məğlub edən qazaxlı idmançı

8 ermənini məğlub edən qazaxlı idmançı

8 ermənini məğlub edən qazaxlı idmançıGürcüstanın paytaxtı Tiflisdə kambat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. Yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb.

İDMANÇI VÜQAR BAYRAMOV:"İlk iki döyüşümdə yerli idmançılarla qarşılaşdım. Onları məğlub edərək finala vəsiqə qazandım. Burda da rəqibim yerli Gürcüstan təmsilçisi idi . Onu da nakautla məğlub edərək birinci yeri tutdum".

Komandanın növbəti üzvü Rəhman Bayramov da turniri medalla başa vurub.

İDMANÇI RƏHMAN BAYRAMOV: "İlk döyüşlərimi asan qələbələrlə başa vurdum. Həlledici qarşılaşmada zədəli idim . Çıxışım o qədər də yaxşı alınmadı və mən nəticədə ikinci yeri tutdum".

Komandanın digər üzvü Kənan Davudovun uğuru isə xüsusilə yadda qalan olub. Finaladək inamla irəliləyən Kənan burada Erməni rəqibi ilə üz-üzə gəlib.

İDMANÇI KƏNAN DAVUDOV: "İlk iki görüşümdə inamı mübarizə apardım. Rəqiblərimi üstüələyərk finala adladım. Burda Erməni idmançı ilə qarşılaşdığım üçün daha böyük inamla döyüşdüm. Nəticədə 24 saniyəyə onu nakaut etdim" .

Rəqibini 24 saniyəyə təslim edən Kənan deyir ki, 5 illik idmançı karyerası dövründə düz 8 dəfə erməni idmançılarla qarşılaşıb. Və bu 8 görüşün hər biri ermənilərin məğlubiyyəti ilə nəticələnib. Kənan Davudov yarışlardan birində Ermənistanı təmsil edən 3 idmançını ardıcıl məğlub edərək baş mükafata da sahib olub. Komandanın məşqçisi Azər Əhmədov yetirmələrinin çıxışını belə dəyərləndirib.

BAŞ MƏŞQÇİ AZƏR ƏHMƏDOV: "Yarışa ciddi səylə hazırlaşmışdıq. Bununda nəticəsində komandamız uğurlu çıxışı ilə yadda qaldı. Yetirmələrimin çıxışından razı qaldım".

Qazax əlbəyəxa döyüş komandası qarşıda Qara Dəniz ölkələrinin kubokunda iştirak edəcək.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=2301

© 2014 www.mediaxeberleri.com