Media Xəbərləri > Çap üçün versiya > Bakıda falçını öldürən şəxs tutuldu

Bakıda falçını öldürən şəxs tutuldu

Bakıda falçını öldürən şəxs tutulduBakıda 17 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.

Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi, 5 ünvanında T.Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

Polisdən T.Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib (APA).
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=2298

© 2014 www.mediaxeberleri.com