Media Xəbərləri > Çap üçün versiya > Millət vəkili tələbə və şagirdləri görüşə topladı - FOTO

Millət vəkili tələbə və şagirdləri görüşə topladı - FOTO

Millət vəkili tələbə və şagirdləri görüşə topladı - FOTO
Millət vəkili Adil Əliyev seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən 36, 47, 34, 200, 258, 207 nömrəli məktəblərdə görüş keçirib.

A.Əliyev görüşün maraqlı keçdiyini bildirib.

“Seçildiyim dairədə yerləşən məktəblərdə bu il birinci sinifə gedəcək şagirdlərlə, on birinci sinifi bitirib yüksək balla ali məktəbə qəbul olub tələbə adı qazanan şagirdlərlə, valideynlərlə görüşüm oldu. Hər il məktəblilərlə ənənəvi görüşlərim olur. Etiraf edim ki, budəfəki görüş daha maraqlı oldu.

Onların fikir və arzularını dinləmək xoş idi. Bu gün ölkəmizə savadlı mütəxəssislər lazımdır. Bütün cəmiyyətlərin inkişafı elmdən,təhsildən keçir. Bunun üçün tələbə adı qazanan şagirdlərin üzərinə böyük məsuliyyət düşür. Vətənimizi məsuliyyətli,savadlı, vətənpərvər mütəxəssislərlə irəliyə apara bilərik. Onların hər birinə uğurlar arzulayıram”.

Millət vəkili tələbə və şagirdləri görüşə topladı - FOTO
Millət vəkili tələbə və şagirdləri görüşə topladı - FOTO
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22703

© 2014 www.mediaxeberleri.com