Media Xəbərləri > Çap üçün versiya > Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub
Futbol üzrə Çempionlar Liqasında "play-off" mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə də 3 oyun keçirilib.

Meydan sahiblərindən yalnız "Ayaks” qələbə qazana bilib. Hollandiya təmsilçisi Amsterdamda təşkil olunmuş matçda Ukraynanın "Dinamo” (Kiyev) komandası üzərində inamlı qələbə qazanıb - 3:1.

"Yanq Boyz" İsveçrədə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə erkən qol vursa da, elə ilk yarıdaca qapısında top görüb və nəticədə heç-heçə ilə kifayətlənib.

Nəhayət, "Videoton" Macarıstanda Yunanıstan AEK-inə 0:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə şanslarını çətinləşdirib.

Çempionlar Liqası, "Play-off" mərhələsi, ilk oyunlar

22 avqust

23:00. "Ayaks” (Hollandiya) – "Dinamo” (Kiyev, Ukrayna) - 3:1

Qollar: Donni van de Beek, 2. Hakim Ziyeş, 35. Duşan Tadiç, 43 - Tomaş Kendzyora, 16

23:00. "Videoton” (Macarıstan) – AEK (Yunanıstan) - 0:2

Qollar: Viktor Klonaridis, 34. Tasos Bakasetas, 49

23:00. "Yanq Boyz” – "Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1

Qollar: Kevin Mbabu, 2 - Mislav Orşiç, 40

21 avqust

23:00. BATE (Belarus) - PSV (Hollandiya) - 2:3

Qollar: Yasse Tuominen, 9. Aleksandr Qleb, 88 - Qaston Pereyro, 35 (penalti ilə). İrvinq Losano, 61. Donyell Malen, 89

23:00. "Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 1:1

Qollar: Pitsi, 45+1 (penalti ilə) - Amr Varda, 76

23:00. "Srvena Zvezda” (Serbiya) – "Zaltsburq” (Avstriya) - 0:0

Qeyd edək ki, cavab görüşləri isə 28-29 avqustda təşkil olunacaq.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22465

© 2014 www.mediaxeberleri.com