Media Xəbərləri > Çap üçün versiya > Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir

Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir

Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir
Bu gün Yenigundem.az informasiya portalının 1 yaşı tamam olur.

Ötən il avgustun 10-da fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində “Yenigundem”-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”.

Təbriz Məhərrəmoğlu onu da bildirib ki, qarşıdakı müddətdə “Yenigundem” öz fəaliyyətini daha da genişləndirəcək: “Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək”.

Mediaxeberleri.az olaraq biz də öz təbriklərimizi dilə gətirərək deyirik:

Müasir dövrdə bildiyiniz kimi sabit auditoriyaya malik olmaq elə də asan məsələ deyil. Çünki hazırda informasiya portalları və saytlar arasında ciddi rəqabət gedir. Yenigundem.az saytı isə bu sınağa tab gətirərək, Azərbaycan informasiya məkanında özünəməxsus yeri tuta bilib. Sayt rəhbərliyi və orada çalışan həmkarlarımı təbrik edir, arzulayıram ki, daha böyük rəqəmli yubileyləri qeyd etsin və ölkəmizin informasiya məkanında hər zaman bu cür parlaq və özünəməxsus mövqeyi ilə seçilsin”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22258

© 2014 www.mediaxeberleri.com