Media Xəbərləri > Çap üçün versiya > Briştonas Şəhər Bələdiyyəsi və Ağstafa Rayonu İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Briştonas Şəhər Bələdiyyəsi və Ağstafa Rayonu İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Briştonas Şəhər Bələdiyyəsi və Ağstafa Rayonu İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ağstafa rayonunun nümayəndə heyətinin Litva Respublikasının Briştonas şəhərinə səfəri çərçivəsində Briştonas Şəhər Bələdiyyəsi və Ağstafa Rayonu İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmza mərasimi Briştonas şəhərinin “Kurhauzas” mədəniyyət mərkəzində keçirilib. Müqaviləni Briştonas şəhər bələdiyyəsinin meri Nijole Dirqinçiene və Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev imzalayıblar.

Əməkdaşlığın məqsədi, Litva Respublikası və Azərbaycan Respublikasının maraqlarına cavab verən, müxtəlif sahələrdə inkişaf üçün əlverişli şəraitin yaradılmasıdır. Sazişi imzalamaqla tərəflər arasında mədəniyyət və tarix, turizm, idman, sahibkarlıq fəaliyyəti, sosial-iqtisadi mühit, kənd təsərrüfatı, eləcə də münasib hesab edilən digər sahələrdə sıx münasibətlər formalaşacaqdır. Həmçinin tərəflərin müsbət təcrübə toplamasına zəmin yaradacaqdır.

Müqavilə Litva, Azərbaycan, İngilis və Rus dillərində, hər Tərəfə bir nüsxə verilməklə, eyni hüquqi qüvvəyə malik iki nüsxədə imzalanmışdır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22256

© 2014 www.mediaxeberleri.com