Media Xəbərləri > Çap üçün versiya > Ağstafada baş verən güllələnmənin TƏFƏRRÜATI

Ağstafada baş verən güllələnmənin TƏFƏRRÜATI

Ağstafada baş verən güllələnmənin TƏFƏRRÜATI
Ağstafa rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub

Mediaxeberleri.az
xəbər verir ki, rayonun Köçvəlli kəndindəki fermaların birində çobanlıq edən 1960-cı il təvəllüdlü Qarayazı kənd sakini Akif İbrahimov tüfənglə yerli sakin Sakit Nəsibovu üç gün əvvəl vuraraq qətlə yetirmişdi. Hadisəni törədən şəxs ardınca Qazaxdan olan ikinci həyat yoldaşı Şərifə Həmşəyevaya atəş açaraq onu ağır yaralayaraq hadisəni güya xəyanət üstündə olduğuna yönəltmək istəmişdir. Lakin hadisə heç də xəyanət üstündə baş verməmişdir. Hadisəni törətməkdə məqsədi, etdiyi oğurluğun üstünü ört-basdır etmək olub. Şərifə Həmşəyevanın yaxınlarının verdiyi məlumata görə, Akif İbrahimov birinci həyat yoldaşını da zamanında ov tüfəngi ilə qətlə yetirib. O, zaman bu hadisəni 4 yaşlı oğlunun etdiyini bildirərək, məsuliyyətdən yayınmışdır.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22242

© 2014 www.mediaxeberleri.com