Media Xəbərləri > Çap üçün versiya > Yazın gəlişi münasibəti ilə Ağstafada ağac əkini və təmizlik işləri sürətlə davam etdirilir

Yazın gəlişi münasibəti ilə Ağstafada ağac əkini və təmizlik işləri sürətlə davam etdirilir

Yazın gəlişi münasibəti ilə Ağstafada ağac əkini və təmizlik işləri sürətlə davam etdirilir“IDEA” İctimai Birliyi tərəfindən respublikamızda həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ağstafa rayonunda ağac əkini uğurla davam etdirilir.

Belə ki, cari ilin yaz mövsümünü əhatə edəcək marafonda rayonun iqlimi üçün əlverişli olan çinar, kiparis, eldar şamı, sərv, akasiya, qoz, meyvə və digər növlərdən olan ümumilikdə 9650 ağacın əkilməsi artıq təmin edilmişdir. Əkilən ağaclar Bakı-Qazax avtomobil magistralının 449-cu və Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 10-11-ci kilometrliklərini, Sadıqlı və Muğanlı meşə massivlərini əhatə etmişdir.
Bu gün rayonda həmçinin mövcud yaşıllıqlara xüsusi qulluq göstərilir.

Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=2214

© 2014 www.mediaxeberleri.com