Media Xəbərləri > Çap üçün versiya > Vurğun qəsəbəsində növbəti səyyar-qəbul görüş oldu - AĞSTAFADA

Vurğun qəsəbəsində növbəti səyyar-qəbul görüş oldu - AĞSTAFADA

Vurğun qəsəbəsində növbəti səyyar-qəbul görüş oldu - AĞSTAFADA
Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir.

İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Vurğun qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi.

Görüşdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, dövlətimizin siyasi arenadakı nüfuzundan geniş bəhs edib. Həmçinin Ağstafada son illərdə həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən, reallaşdırılan sosial infratruktur layihələrə də toxunulub.

Sonra səyyar görüşdə iştirak edən qəsəbə sakinləri dinlənilib, onların təklif və müraciətləri qəbul olunub. Sakinlərdən Yolçuyev Novruz Bayram oğlu qəsəbə sakinlərinin içməli su təminatının yaxşılaşdırılması, Nağıyeva Aygün Əli qızı qəsəbə tam orta məktəbi istiqamətində bir ədəd yeni subartezian quyusunun qazılması kimi məsələləri önə çəkiblər. Sakinlərə bildirilib ki, cari ildə Ağstafa içməli su şəbəkəsindən içməli su xətti veriləcəkdir. Həmçinin cənab Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq qazılması nəzərdə tutulan subartezian quyularından birinin də qəsəbə ərazisində qazılması nəzərdə tutulur.
Vurğun qəsəbə ictimaiyyətinin nümayəndəsi Sadıqova Xuraman Qurban qızı qəsəbə əhalisi adından qəsəbəyə və ümumilikdə Ağstafa rayonuna göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Rayon İcra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları bütün məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verdi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22059

© 2014 www.mediaxeberleri.com