Media Xəbərləri > Çap üçün versiya > Azərbaycan ordusu Qarabağda erməniləri təşvişə saldı

Azərbaycan ordusu Qarabağda erməniləri təşvişə saldı

Azərbaycan ordusu Qarabağda erməniləri təşvişə saldı
Qarabağ erməniləri təşvişə düşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı Qarabağ rejimində “prezident məsləhətçisi” çalışan Tiqran Abramyan Azərbaycan ordusunun aprelin 12-dən bəri cəbhədə aktiv fəaliyyət keçdiyini bildirib.

“Azərbaycan ordusu təmas xəttində aktivləşib. Bunun təzahürləri nədir? Hərbi texnika və xüsusi təyinatlı dəstələrin aktiv yerdəyişməsi, mühəndis işlərinin sürətlənməsi, beynəlxaslq strukturlarla əlaqələrin intensivləşməsi, müharibə təbliğatının genişləndirilməsi və s.”.

Tiqran Abramyan Dağlıq Qarabağdakı daxili gərginlik fonunda müharibə təhlükəsinin real olduğunu da gizlətməyib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22056

© 2014 www.mediaxeberleri.com