Media Xəbərləri > Çap üçün versiya > "Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF

"Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF

"Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF“Bəziləri populyarlıq xatirinə cəmiyyətdə istedadları ilə önə çıxa bilmədiklərini görüb guya qeyri-adilik nümayiş etdirirlər. Dinimizi, peyğəmbəri, Quranı təhqir etməklə yaddaşlarda qalmaq istəyənlər təəssüf ki, artıb”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Cebhe.info-ya ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, təhqir edənlər yaddaşda qalsalar da, mənfi və çox pis obrazda qalacaqlar:

“Adını şair qoyanlar var ki, ortaya çıxası bir şeri olmadığına görə, ya reklam etdiyi araq butulkaları ilə, ya uydurma statuslar paylaşmaqla, hətta arada öz doğmalarını söyməklə, ya pozğun lətifələrlə, ya da dahilərə daş atmaqla yadda qalmaq istəyirlər. Bəziləri də İslamı təhqir etməklə... Çünki cəzasızlıqlarını qabaqcadan bilirlər. Bilirlər ki, Quranı təhqir etməklə, Babəki, Xətaini, Xəlil Rzanı, Səməd Vurğunu aşağılamaqla heç bir məsuliyyətə cəlb edilməyəcəklər. Ona görə də, təklif edirəm ki, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi dəyərlərimizin fonunda xalqımızın etiqad mənbəyi sayılan dinimizi, dövlət başçısının belə andiçmələrində əlini basdığı müqəddəs Qurani-Şərifi, dövlət dinimizin bütün xüsusiyyətlərinin məcmusunu və ya hər hansı bir cüzünü təhqir etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq müddəalar Cinayət Məcəlləsinə əlavə edilsin”.

Yeganə Oqtayqızı
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22053

© 2014 www.mediaxeberleri.com