Media Xəbərləri > Çap üçün versiya > Avropa çempionatında daha bir medal - VİDEO

Avropa çempionatında daha bir medal - VİDEO

Avropa çempionatında daha bir medal - VİDEOPolşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən tarışda 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli Avropa çempionatının bürünc medalına sahib olub.

59 kq

1/8 final: Eldəniz Əzizli - Beliak Yahor (BLR) 8:0

1/4 final: Knipli Csongor (HUN) - Eldəniz Əzizli 0:9

1/2 final: Eldəniz Əzizli - Viktor Ciobanu (MDA) 2:6

Bürünc medal görüşü: Tamaş Nadj (SRB) - Eldəniz Əzizli 1:6

71 kq

1/16 final: Mixal Kosla (POL) - Ceyhun Əliyev 4:7

1/8 final: Ceyhun Əliyev - Aleksey Kiyankin (RUS) 0:4

80 kq

1/8 final: Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov 3:2

98 kq

1/4 final: Orxan Nuriyev - Peter Ohler (GER) 3:3*

Xatırladaq ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev və Nurməhəmməd Hacıyev) və 2 bürünc medal (Məhəmməd Müslümov və Əli Maqomedabirov) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik və 2 bürünc medal (Solmaz Həşimzadə və Elmira Qəmbərova) qadın güləşçilərin payına düşüb. /Fanat.az/


Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=2174

© 2014 www.mediaxeberleri.com