Media Xəbərləri > Çap üçün versiya > "Lukoil" Azərbaycan vətəndaşlarını belə aldadır! Eksklüziv - VİDEO

"Lukoil" Azərbaycan vətəndaşlarını belə aldadır! Eksklüziv - VİDEO

"Lukoil" Azərbaycan vətəndaşlarını belə aldadır!  Eksklüziv - VİDEO
Müasir həyatımızı avtomobilsiz təsəvvür etmək qeyri mümkündür. Yollardakı tıxaclar minik vasitələrinin sayının həddən artıq çox olduğundan xəbər verir. Dövlət Statistika Komitəsinin yaydığı ən son məlumata görə, 2016-cı ildə Azərbaycan yollarında 1 milyon 330 min 551 minik vasitəsi istismar olunurdu. Ötən müddət ərzində ölkəyə idxal olunan avtomobillərin, həmçinin bu və ya digər səbəblərdən daimi qeydiyyata düşməmiş nəqliyyat vasitələrinin sayını nəzərə alsaq, rəqəmin 2 milyondan çox olduğunu anlaya bilərik. Bunu pik saatlarında yollarda yaranan tıxaclardan da görmək mümkündür. Qocaların və uşaqların sayını nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu gün aktiv əhalinin hər iki nəfərindən biri sükan arxasında əyləşir.

Bəs görəsən, bu qədər avtomobilə xidmət göstərən yanacaqdoldurma məntəqələri sürücülərin ehtiyaclarını ödəyə bilirmi və ya onları qane edirmi? Gündəlik həyatımızda qarşılaşdığımız hadisələr onu deməyə əsas verir ki, bu sahədə problemlər çoxdur. Ayrı-ayrı məntəqələrdə yanacağın keyfiyyətinin fərqli olması və sərfiyatın müxtəlifliyi yanacaqdoldurma məntəqələrinin vahid standarta uyğun fəaliyyət göstərmədiyini bəli edir. Deməli, kəmiyyət və keyfiyyətlə bağlı həll olunası problemlər çoxdur.

Bu günlərdə redaksiyamıza "LUKOYL" yanacaqdoldurma məntəqələrindən şikayət. daxil olub. Şikayətçi Nuranə Göktaşın iddiasına görə, 19.03.2018 tarixdə Bakı şəhəri Xətai rayonu. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində 5 ildir idarə etdiyi “Kia Sportage “ markalı avtomobilinə sürücüsü Aİ-92 markalı yanacaq doldurub. Çəndə 3-5 litr yanacaq olub. Həmişə olduğu kimi, bu dəfə də “Lukoyl”un işçisi avtomobili bir az irəli sürməyi bildirib. Çəni tam doldurduqdan sonra sürücüdən 56 AZN alıb. Xanımın sürücüsü operatora iradın ıbildirib. Tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib. Artıq alınmış pulun qaytarılmasını tələb etsə də, “Böyüklərdən heç kəs yoxdur “deyən operator tələbdən boyun qaçırıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla birgə araşdırmalara başladıq. Əlbəttə ki, ilk “KİA” şirkətinin servisi ilə əlaqə saxlayıb, 2012-ci il buraxılışı olan “KİA Sportage” markasının benzin çəninin neçə l benzin tutduğunu öyrəndik.

Internet resurslarına nəzər salmaq kifayətdir ki, Kia Sportage-in çəninin tutumunu müəyyən etmək mümkün olsun. Belə ki, 1994-2005-ci illərdə adıçəkilən avtomobil 60 litrlik çənlə istehsal olunurdu. 2004-2010 illərdə istehsala buraxılmış ikinci nəsil krossoverlər 58 litrlik, 2010 il istehsalı olan üçüncü nəsil krossoverlər 55 litrlik çənlə satışa buraxıldı. 2015-ci ildə buraxılmış dördüncü nəsil maşınlar 62 litlik çənə malik oldu. Deməli, şikayətçinin 2012-ci ilin dekabrında aldığı KİA Sportage üçüncü nəsil krossover olmaqla 55 litrlik çənə malikdir. Bu məlumatlar təkzibolunmaz həqiqətdir.

Daha sonra “Lukoyl”a üz tutduq. Şirkətin bölgə üzrə nümayəndəsi Bahadur müəllimlə danışdıq.

“Lukoyl” hər cəhdlə gah “KİA”nı, gah da şikayətçi xanımı müqəssir çıxartsa da, araşdırmamızın son nəticəsi bu problemli hadisədə hansəı tərəfin haqsız olduöunu sübuta yetirdi.

P.S. Süjetin əvvəlində qeyd etdiyimiz kimi, respublika yollarınada 2 milyondan artıq avtomobil istismar olunur. Yanacaqdoldurma məntəqələririnin əksər sürücüləri aldatdığını nəzərə alsaq, qanunsuz mənumsənilmə faktlarının milyonlarla manat həcmində olduğunu görə bilərik. Bu isə cinayətdir. Mövzunun aktuallığını nəzərə alaraq, araşdırmamızı davam etdirəcəyik.



Könül AYPARA

Rafet Şahbazov

Əmrah Tağızadə

Media TV
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21614

© 2014 www.mediaxeberleri.com