Media Xəbərləri > Çap üçün versiya > Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."

Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."

Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."
Aprel qazisi Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı şikayətindən (http://mediaxeberleri.az/index.php?newsid=21187) Daşkəsən RİH-dən AFN-ə mövqe yazısı daxil olub.

Qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nağıyeva Aidə Nazim qızı tərəfindən ünvanlanan məktubda A.Məmmədovun haqsız olduğu, şikayətində göstərdiyi məsələlərin reallığı əks etdirmədiyi bildirilir (məktubun fotosu sonda əlavə ediləcək-red.). Daha maraqlı məqam ondan ibarətdir ki, RİH-in məmurunun iddiasına görə, Ə.Abıyevə hücumlar onun Daşkəsən rayonunun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini tənqid etməsindən sonra başlayıb. "Son günlər, yəni Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Daşkəsən rayonun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra, kombinatın özəlləşdirilməsinə maneçilik törətməyə çalışan bəzi şəxslərin maraqlarına toxunduğu üçün şəxsən Daşkəsən “Filizsaflaşdırma” ASC-nin 18 il işləmiş sabiq idarə heyətinin sədrinin və həmin bu maraqlı şəxslərin tapşırığı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı müxalifət saytlarında, sosial şəbəkələrdə belə əsassız, qərəzli, böhtan xarakterli materiallar dərc etdirməyə başlayıblar"-deyə məktubda qeyd edilir.

Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21210

© 2014 www.mediaxeberleri.com