Media Xəbərləri > Çap üçün versiya > “Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror

“Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror

“Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror
Dağıstanda korrupsioner məmurların həbsi davam edəcək. “Kommersant”a xəbər verir ki, bu barədə Mahaçqalada Rusiya baş prokuroru Yuri Çayka, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Dağıstan rəhbəri Vladimir Vasilyevin iştirakı ilə keçirilən müşavirədə danışılıb.

Qəzet yazır ki, yaxın günlərdə Yol Təsərrüfatı üzrə Agentliyin, Mahaçqala Mənzil İstismar İdarəsinin, “Sifarişçi-inşaatçı vahid Direksiyası” dövlət kommersiya idarəsinin rəhbərlərinin həbsi gözlənilir. Onlar 3.8 milyard rubl həcmində müqavilələri tender keçirmədən imzalayıblar.

Dağıstanda ətraf mühitin mühafizəsi sahəsində də ciddi maliyyə pozuntuları aşkarlanıb. Moskvadan göndərilən xüsusi komissiya Mahaçqaladan Xəzərə çirkab sularının təmizlənmədən axıdıldığı 6 kanalizasiya borusu ilə bağlı məsələni də araşdırır. Habelə Xəzər sahilində, sumühafizə zolağında tikilmiş çoxsaylı villalar aşkarlanıb.

“Belə məlum olur ki, respublikada ən iri evlər vəzifəli şəxslərə məxsusdur. Üstəlik onlar Xəzərin sahilində, sumühafizə zolağında yerləşir. Araşdırın, məmurlar bu evləri hansı pulla tikinlər”-baş prokuror Çayka müşavirədə bildirib.

Bildirilir ki, Moskvadan göndərilən xüsusi istintaq qrupu Dağıstanda kadr siyasətinin, habelə dövlət satınalmalarının ailə və klan prinsiplərinə əsaslandığını müəyyən edib.

Baş prokuror aqrar sənaye kompleksinə ayrılan dövlət subsidiyalarının və qrantların mənimsənilməsinin qarşısını sərt şəkildə almağı da tapşırıb. Habelə bildirilib ki, torpaq sahələrinin qanunsuz zəbt edilməsinin, qanunsuz tikintilərin qarşısı alınmalıdır. Yoxlama Mahaçqalada qəzalı binaların sakinlərinin köçürülməsi proqramına ayrılan pulların da mənimsənildiyini müəyyən edib.

Federal Pristavlar Xidmətinin yerli idarəsində, Əmək Müfəttişliyində, Təhsil və Elm Nazirliyndə, “Rospotrebnazdzor”un idarəsində, “Qazprom mejregionqaz Mahaçqala”, “Spesqazstroyservis” şirkətində də ciddi pozuntular aşkarlanıb.

Xatırladaq ki, ötən həftə Moskvadan göndərilən xüsusi istintaq komissiyası Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov da daxil olmaqla bir qrup yüksək vəzifəli məmuru həbs edib.(Virtualaz)
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21206

© 2014 www.mediaxeberleri.com