Media Xəbərləri > Çap üçün versiya > Həbs olunanlar, söyüş söyənlər, intim videolar - 2017-nin qalmaqalları

Həbs olunanlar, söyüş söyənlər, intim videolar - 2017-nin qalmaqalları

Həbs olunanlar, söyüş söyənlər, intim videolar - 2017-nin qalmaqalları
Səs-küylü şou-biznes aləmi 2017-ci ilə də bəzi qalmaqalları ilə iz qoyub. İl boyu baş verən bir çox qalmaqallı hadisələrin səs-sorağı hələ də səngimək bilmir.

Mediaxeberleri.az
axşam.az-a istinadən geridə qoyduğumuz ildə yaddaşlara həkk olunan qalmaqalların siyahısını təqdim edir:

İlin ən gözlənilməz qalmaqalı aktrisalar Pərvin Abıyeva ilə Tunay Əliyeva arasında yaşanıb. Tərəflər bir-birinə "fahişə" deyib, daha sonra məhkəməyə üz tutdular.

Pərvinin növbəti qalmaqalı müğənni Səidə Sultanla yaşanmışdı. "Maşın" şouda başlayan dava, hər iki tərəfin bir-birinə səslərini yüksəltməsi ilə böyümüşdü. Bu dava sonra tərəflərin barışması ilə bitib.

İlin ən səs-küylü hadisələrindən biri reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulova arasında yaşanıb. Elşad keçmiş arvadını döyüb, bıçaqla hədələyib. Oksana isə onu polisə şikayət etmişdi.

İlin sonuna yaxın əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasında qalmaqal yaşandı. Buna səbəb sənətçilərin Türkiyədə qatıldığı "Altın kelebek" mükafatlandırma gecəsində baş verənlər olub. Röya Nigarı onun paxıllığını çəkməkdə günahlandırıb.

2017-ci ildə ən gözlənilməz xəbər Natavan Həbibi ilə reper Dadonun evlənməsi olmuşdu. Elə onların boşanması da qalmaqal yaradıb. Hazırda cütlük ayrı yaşayır.

İlin son ayı prodüser Tarix Əliyevlə (Tolik) müğənni-bəstəkar Rəhim Rəhimli dava edib. Tolikin Rəhimə "yekəbaş" deməsi, qarşı tərəfin etirazına səbəb olub.


Müğənnni İradə İbrahimova ilə Röya Ayxan arasında da bu il qalmaqal yaşanıb. İradə Röyanın Türkiyədə ulduz ola bilməyəcəyini deyib. Röya isə onu "Mən danışsam səni buradan sürüyüb aparacaqlar" sözləri ilə hədələyib.

Müğənni Təranə Qumralla Nazənin arasında neçə ildir davam edən qalmaqal bu il də davam edib. Təranə məhkəmədə uduzaraq qarşı tərəfə 3500 manat təzminat ödəməlidir. Amma hər iki tərəfin davası hələ də bitmir.

Əməkdar artist Aygün Bəylər də il boyu ən səs-küylü məşhurlardan oldu. Əvvəlcə xanəndə yalançı ərə getmə xəbəri ilə gündəmə gəldi. O, piar üçün yalandan toya hazırlaşdığı xəbərini yaydı. Daha sonra isə Röya Ayxana söz atıb, onun sənətinin olmadığını söyləyib.

İlin ən səs-küylü qalmaqalı isə xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasında yaşanıb. Ramiz qarşı tərəfi geyiminə görə təhqir edib. Əsədova onu məhkəməyə verərək 100 min təzminat istəyib. R.Məlik də Məleykəni məhkəməyə verərək 300 min təzminat istəyib.

İlin ən səs-küylü hadisəsi müğənni Fədayə Laçının həbsi olub. Həbsdən qaçarkən "Qoca" ləqəbli məhkum Etibar Məmmədova kömək edib. Daha sonra Fədayənin həmin məhkumla sevgili olduğu deyildi. Hazırda Fədayə Laçın həbsdədir.

Reper Anar Nağılbaz isə intim videosu ilə gündəmə gəlib. Sənətçi əvvəlcə boşandığını dedi. daha sonra videosu yayıldı. Sonra isə siflis xəstəsi olduğu söylənildi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=20694

© 2014 www.mediaxeberleri.com