Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan cənab Rəcəb Babaşov 100 yerlik, gözoxşayan 3 mərtəbəli 1 saylı körpələr evi və uşaq bağçasını da qazaxlıların, eyni zamanda gələcəyimiz olan körpələrin istifadəsinə verdi. Sevindiricidir ki, yeni istifadəyə verilən körpələr evi və uşaq baxçasında əlavə olaraq 37 nəfər Qazax sakini işlə təmin edilmişdir. Tikintisi sürətlə və keyfiyyətlə aparılan körpələr evi və uşaq bağçası xarici və daxili görünüşü müasir üslubda işlənib, bütün əşyalarla təmin edilib. Qısa bir müddətdə bu cür işlərin aparılması və layiqincə yerinə yetirilməsi heç vaxt asan bir iş kimi qiymətləndirilməməlidir.
`
Binanın açılışı mərasimində Qazax ziyalılarının, ictimaiyyətin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra hakimiyyətinin aparat işçilərinin və körpələrin toplandığı böyük tədbiri giriş sözü ilə açan Qazax RİH-nin başçısı, cənab Rəcəb Babaşov bildirdi:
“ Əziz qazaxlılar, əziz tədbir iştirakçıları! Bu gün həm bizim, həm də gələcəyimiz olan uşaqların, körpələrin daim xatırlayacağı bir gündür. Cənab Prezidentimiz İlham Əliyev həmişə gənclərə və gələcəıyimiz olan uşaqlara yüksək qiymət verir. Daim onların sosial problemlərinin həllinə çalışır. Dünyada sülh, əmin-amanlıq olmasını istəyən cənab İlham Əliyevin uşaqlara olan qayğı və istəyi daha böyükdür. O, bütan Azərbaycan övladlarına öz övladı kimi baxır, həmişə onlara ən yüksək diqqət və qayğı göstərir. Bizim də müqəddəs borcumuzdur ki, Prezidentimizin önəmli siayasətini həyata keçirməklə, yerlərdə bütün sahələrə diqqət və qayğımızı artıraq. Bu gün tikintisi demək olar ki, 1 il müddətində tezlikə başa çatan 3 mərtəbəli gözəl bir körpələr evi və uşaq bağçasının istifadəyə verilməsi olduqca sevindirici və ürəkaçan hadisədir. İllər ötəcək, zaman keçəcək, körpələrimiz bax belə bir binada məktəbəqədər təlim və tərbiyə prosesi keçərək gələcəyə daha müvəssəl və mükəmməl insan kimi yetişəcəklər. Bundan artıq sevindirici nə ola bilər?”
İcra başçısı onu da bildirdi ki, “ fəaliyyətə başladığım az bir vaxtda körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları naminə əlimdən gələni edirəm. Çalışıram ki, bu gün balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə alsınlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə də davam edəcəkdir. 2018-ci ilin sonuna kimi bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır. “
Sonra rayon rəhbəri bütün qazaxlıları, toiplantı iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etdi, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
İcra başçısından sonra çıxış üçün söz alan
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Şəmil Allahverdiyev, Respublikanın Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə, eləcə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllim və valideynlər, bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırdılar.