Media Xəbərləri > Çap üçün versiya > Ankara İrəvanı qucağına alır

Ankara İrəvanı qucağına alır

Ankara İrəvanı qucağına alır

Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər

Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər.

Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin açılması hər bir tərəf üçün yararlı ola bilər.

Onun sözlərinə görə, Avropa Birliyi ilə assosiasiya sazişi bağlanmasından imtina edən və Avrasiya İttifaqına girən Ermənistan rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq imkanını itirib. Kirakosyanun fikrinjə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanda fəaliyyət göstərən ticarət mafiyasını darmadağın edərdi.

Türkiyə rəhbərliyi də Ermənistanla sərhədlərin açılmasında maraqlı görünür. Türkiyə baş naziri Əhməd Davudoğlu sərhədlərin açılması üçün özündən əvvəlki hökumət başçılarının mövqelərindən çox geri çəkilərək Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan rayonlarından yalnız birinin azad edilməsini şərt qoyur. Əvvəlki baş nazirlər isə bütün torpaqların qeyd-şərtsiz azad edilməsindən bəhs edirdilər. Belə olan təqdirdə Ermənistan Azərbaycanın Ağdam və ya Fizuli rayonunun işğal altında olan 5-6 kəndini azad etməklə Türkiyəni şərtini yerinə yetirdiklərini iddia edə bilərdilər. Bu isə Azərbaycanla Türkiyə arasında münasibətləri ciddi pisləşdirə bilərdi.

Amma, göründüyü kimi, Serj Sarkisyan hakimiyyəti Türkiyəni qane edən, amma rəsmi Bakını əsəbiləşdirə bilən bu addımı atmır. Çünki İrəvan fəaliyyətində müstəqil deyil və bunun üçün Moskvadan icazə almalıdır. Moskvanın isə problemin belə yolla həllində maraqlı deyil, çünki Ermənistan nəzarətdən çıxaraq qərbin qanadı altına girə bilər.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=20

© 2014 www.mediaxeberleri.com