Media Xəbərləri > Çap üçün versiya > Azərbaycan derbisi FIFA referisinə tapşırıldı

Azərbaycan derbisi FIFA referisinə tapşırıldı

Azərbaycan derbisi FIFA referisinə tapşırıldıAZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib

Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. ANS PRESS-in məlumatına görə, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Digər FIFA referilərinə gəlincə, Rəhim Həsənov "Qəbələ" - "Xəzər Lənkəran", Orхan Məmmədov "Simurq" - "Sumqayıt" oyunlarında fit çalacaq. AZAL-la "İnter" arasındakı oyunu isə sabiq FIFA referisi Fariz Yusifov idarə edəcək.

Qeyd edək ki, AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib.

19 fevral
AZAL - İnter
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev.

"AZAL Arena". Saat 15.00.

Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.

Qəbələ şəhər stadionu. Saat 17.00.

Simurq - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.

Zaqatala şəhər stadionu. Saat 17.00.

Neftçi - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev.


"Bakcell Arena". Saat 19.00.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=199

© 2014 www.mediaxeberleri.com