Media Xəbərləri > Çap üçün versiya > Yaqub Babalıya 7500 Avro təzminat ödəniləcək

Yaqub Babalıya 7500 Avro təzminat ödəniləcək

Yaqub Babalıya  7500 Avro təzminat ödəniləcəkAvropa İnsan Haqları Məhkəməsi (AİHM) Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Sədrinin müşaviri Yaqub Babalının 2010-ci il noyabrında keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığı haqda göndərdiyi şikayətlə bağlı qərar çıxardıb.

Teleqraf.az-ın əldə etdiyi məlumata görə, 87 Saylı Ağsu-İsmayıllı Seçki Dairəsində keçirilən parlament seçkilərinin nəticələrini qanunsuz hesab edən Avropa İnsan Haqları Məhkəməsi, Azərbaycan Hakimiyyətinə Yaqub Babalıya 7500 Avro təzminat ödəməzi barə qərar qəbul edib.

Bu barədə KXCP Sədrinin müşaviri Yaqub Babalı özünün “ Facebook” səhifəsində yazıb. Həmin yazını oxucularımıza təqdim edirik:

"DƏYƏRLİ DOSTLAR , İZLƏYİCİLƏR . MƏMNUNİYYƏTLƏ BİLDİRİRƏM Kİ , 17 FEVRAL 2015 - İLDƏ İNSAN HAQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN MƏKTUBUNU ALDIM . MƏHKƏMƏ TƏRƏFİNDƏN BİLDİRİLİR Kİ, 2010 -İL AZƏRBAYCAN MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİNDƏ MİLLİ MƏCLİSƏ - 87 SAYLI AĞSU-İSMAYILLI SEÇKİ DAİRƏSİNDƏN MİLLƏT VƏKİLİ SEÇİLMİŞƏM . AZƏRBAYCAN HAKİMİYYƏTİ SEÇKİLƏRİ SAXTALAŞDIRARAQ MƏNİM HÜQUQUMU POZMUŞDUR . AZƏRBAYCAN MƏHKƏMƏLƏRİ SAXTALAŞDIRMA FAKTLARINI BİLƏRƏK ARAŞDIRMAMIŞ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN XEYRİNƏ QƏRAR VERMİŞDİR . AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ VƏ AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNİ TƏQSİRLİ BİLMİŞDİR ! AZƏRBAYCAN XALQINA , BÜTÜN HAQSIZLARA QARŞI MÜBARİZƏSİNDƏ QƏLƏBƏLƏR ARZU EDİRƏM !"
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=195

© 2014 www.mediaxeberleri.com