Media Xəbərləri > Çap üçün versiya > İdmançımız ermənini nokauta salaraq Dünya Kubokuna sahib çıxdı

İdmançımız ermənini nokauta salaraq Dünya Kubokuna sahib çıxdı

İdmançımız ermənini nokauta salaraq Dünya Kubokuna sahib çıxdıGürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib.

Milli komandamız yarışa 3 idmançıyla qatılıb.

Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib.

Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Xəyal Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdır. Erməni kikboksuçu Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni idmançı Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Ermənini nokauta salan Xəyal Əhmədov Dünya Kubokuna sahib çıxmaqla azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.ans
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1919

© 2014 www.mediaxeberleri.com