Media Xəbərləri > Çap üçün versiya > Novruz bayramı haqda ilahiyyatçıdan maraqlı açıqlama: "Novruz, Nuh- Ruzi bayramıdır və Nuhun gəmidən xilası günüdür. Bu haqda Quranda da vardır..."

Novruz bayramı haqda ilahiyyatçıdan maraqlı açıqlama: "Novruz, Nuh- Ruzi bayramıdır və Nuhun gəmidən xilası günüdür. Bu haqda Quranda da vardır..."

Novruz bayramı bəşərin ən qədim bayramıdır. Adəmdən, Nuhdan gəlir. Nuh-ruzi bayramıdır bu. Farslar buna Novruz, yəni yeni gün, Türklər Ərgənəqon, digər türkdillilər də Bahar bayramı və sair deyirlər.
Ünsürlərlə, fəsillərlə, aylarla öz mahiyyətini daha da zənginləşdirən bu bayram günü İmam Əlinin də xilafətə təyin olunduğu gündür.

Bu bayram haqqında Peyğəmbərə və İmamlara məlumat verilmiş və onun humanizm fəlsəfəsi haqda danışılmış, kasıblara əl tutmaq, bayramlaşmaq, sevinc yaşamaq, bir-birinə gedib-gəlmək, xəstələri, ölüləri yad etmək kimi prinsipləri anladılmış, Rəsuli-Əkrəm də bu bayramı təqdir etmişdir.

Nuhun gəmidən xilas olduğu gündür bu gün. Həmin gün sular çəkilməyə başlamış, otlar göyərmişdir, yer öz suyunu udmağa başlamışdır. Bu barədə Quranda da geniş təsvir vardır. Yerin suyu udmasının Allahdan əmr olunduğu deyilir Quranda. Bu da həmin günə, Baharın gəldiyi günə təsadüf edir.

Nuha ruzi verildiyi gündür. Adı da heç də farsca yeni gün olan novruzdan yox, Nuh-ruzi sözündəndir. Əsl Azərbaycan bayramıdır. Bizdən də digərlərinə keçibdir. Nuhun gəmisinin də Naxçıvanda mətəris tapdığı əksəriyyətə məlumdur.
Novruz bayramı haqda ilahiyyatçıdan maraqlı açıqlama: "Novruz, Nuh- Ruzi bayramıdır və Nuhun gəmidən xilası günüdür. Bu haqda Quranda da vardır..."
Bu haqda ətraflı və geniş tədqiqat əsərim olsa da burada qısaca deyə bilərəm ki, bu bayramın əsl özəyi bizim xalqın adı ilə bağlıdır.
Çox yerlərdə elə indi də buna Noruz, Nohruz deyirlər...

Nuh ruzi bayramınız mübarək olsun !

Tural İrfan
İlahiyyatçı-yazar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=17726

© 2014 www.mediaxeberleri.com