Media Xəbərləri > Çap üçün versiya > Azərbaycanlı ekstrasensdən sensassiyalı MÜSAHİBƏ:“Aprel döyüşlərində şəhidlərimizin sayı…”

Azərbaycanlı ekstrasensdən sensassiyalı MÜSAHİBƏ:“Aprel döyüşlərində şəhidlərimizin sayı…”

Azərbaycanlı ekstrasensdən sensassiyalı MÜSAHİBƏ:“Aprel döyüşlərində şəhidlərimizin sayı…”
Ekstrasenslərin fəaliyyəti cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.Bir çoxları onlara inansalar da əksəriyyət buna xurafat kimi yanaşaraq biganəlik göstərir.Bu məsələ bizim də maraq dairəmizdə olduğu üçün bir çox müğənnilərin, hətta məmurların müraciət etdiyi ekstrasens Aqil Məhərrəmovla müsahibə etdik.Cebhe.info “Cümhuriyət” qəzetinin suallarına cavab verən tanınmış ekstrasensin müsahibəsinin ikinci hissəsini təqdim edir.

(Müsahibənin əvvəlini buradan oxuya bilərsiniz)

-Tam olaraq bir insana baxdığınız zaman nə proseslər gedir beyninizdə?

-Mən həmin zaman beynimin bir hissəsini, məntiqi söndürürəm. Hərçənd ki bunu hamı bacarmır.İnsanda sağ beyin yarımkürəsi və sol beyin yarımkürəsi var. Məntiq məhz budur.Bunu bacaran insan ekstrasens olur. Sağ beyin yarımkürəsi çox insanda inkişaf etmir. İnkişaf edənlər isə çox istedadlı insanlar olur.

-Yanınıza gələnlər içərisində işinizə qeyri-ciddi yanaşanlar olubmu?

-Bəli, olub. Mən işimdə ciddiyəm. Ola bilər işdən kənar səmimi ola bilərəm, amma işimdə belə şeylər olmaz. İstər dövlət adamı olsun, istər müğənni yanıma kimsə puluna güvənib yekəxana-yekəxana gəlirsə, çıxardıram bayıra.Bir də görürsən, gəlir əlini uzadır ki, nə görürsən? Deyirəm adam.

Deyir ki, siz ələ salırsınız, mən də deyirəm qarşılıqlıdır və çıxardıram bayıra.Mənim işimə qeyri-ciddi yanaşırsa, mənim yanımda onun nə işi var?

-Bəzi ekstrasenslər siyasi proqnozlar da verir. Hətta bu yaxında SSRİ-nin bərpa olunacağı ilə bağlı da proqnozlar səsləndi. Amma siz siyasətdən uzaqsınız bir az.

-Adam var ki, siyasi proqnoz verir, səhv çıxır, adam da var ki, ümumiyyətlə, heç bu barədə proqnoz vermir. Elə verməsə, yaxşıdır.Mən əvvəllər siyasi proqnozlar vermişəm demək olar ki, hamısı da özünü doğruldub.Sadəcə, indi siyasi proqnoz vermirəm.Başqa ölkənin siyasəti haqqında proqnoz verə bilərəm, amma.

-Niyə məhz xarici siyasət?

-Daxili siyasət haqqında mən nə deyim? O qədər də dəyişiklik yoxdur. Bu barədə aidiyyatı orqanlar var ki, nə lazımdırsa, deyirlər.Ölkəmiz o qədər də böyük bir ölkə deyil ki, mən onun haqqında proqnoz verim.Məsələn, Rusiyada hər an, hər şey dəyişə bilər. Hər an siyasi partlayışlar ola bilər. Heç eşitmisiniz ki, ölkəmizdə siyasi partlayış baş versin?

-Aprel hadisələri, itkin düşən neftçilər...

-Düzdür, aprel hadisələrində əsgərlərimiz şəhid oldu, amma onların sayı o qədər də böyük rəqəm deyildi. Partlayış sayıla biləcək qədər böyük hadisə deyildi. Neft yatağı ilə bağlı hər an hadisə baş verə bilər.

Məsələn, mən bu gün desəm ki, yenə neft yatağında hadisə baş verəcək.Sabah hadisə baş versə, deyəcəklər ki, qəribə nə var idi ki, onsuz da bilirdik belə hadisənin olacağını.Desəm ki, partlayış, qəza olmayacaq, deyəcəklər ki, əşi onu da bilirdik.

-Dünya siyasətində nə yeniliklər gözlənilir?

-Trampın hakimiyyəti uzun çəkməyəcək. Xəstə insandır, onun iki il çəkər hakimiyyəti. Gürcüstanla bağlı dəyişiklik çox görünür.Bir anlıq dünya ölkələrinin fikri Gürcüstana cəmləşəcək.

-Çıxışlarınızda çağırışlar da hiss olunur. Yəni, insanların sizin yanınıza gəlməsi üçün müəyyən çağırış xarakterli çıxışlar edirsiniz.

-Hə, gəlsinlər insanlar. Burada nə var ki?Psixoloqlar danışır, özünü reklam edir, nömrəsini yayımlayır və insanların onlara müraciət etmələri üçün əllərindən gələni edirlər, mollalar da onlar kimi.Mollalar yasdan yas tuturlar, müğənnilər toydan toy tutan kimi.Niyə bunu ekstrasens etməsin ki?Bu sahə bir peşə sahəsi kimi təsdiq olunmayıb deyə, biz hər şeydən məhrum olmalıyıq?Biz insan deyilik?Amma bu yaxında ekstrasenslik peşə sahəsi kimi də təsdiq ediləcək.

-Ümumiyyətlə, ekstrasenslik bahalı bir sahədir?

-Maddiyyat baxımından yanaşsaq, onu deyə bilərəm ki, mənim bir ekstrasens olaraq nə milyonluq evim var, nə bahalı maşınım, nə də obyektlərim. Kimsə də ekstrasensliklə milyonlara sahib olursa, mən buna inanmaram.

Bir peşə sahəsi olaraq çox bahalı sahədir.Ona görə bahalı sahədir ki, biz bir tapıntıyıq.Çünki bu istedad, bacarıq mində bir nəfərə verilir.Düzdür, indi yerindən duran özünə ekstrasens deyir, amma soruşanda ki, ekstrasenslik nə deməkdi, mənasını bilmir.Çox da istedadlı ekstrasenslər var ki, xırda bir evdə böyük işlərlə məşğuldurlar.

-Böyük işlər görmək üçün xırda yerlər bəs etmir?

-Müğənniyə bəs etmir balaca yer? Niyə gedib 3 qatlı villa alırlar? Yaxud kim istəməz ki, 3 mərtəbəli villası olsun? Mən də istəyirəm 3 mərtəbəli villam olsun.Hər kəs istəyir ki, yaxşı yaşasın.

-Ekstrasenslik sizə maraqlıdır?

-Xeyr, maraqlı deyil. Əgər bunu bilmək istəyirsinizsə, bilin, mən bu sənətdən, peşədən gedəcəyəm.5-3 manatlıq falçılar o qədər çoxalıblar ki, daha bu sahə lazım deyil.Mən 33 yaşıma qədər bu peşədə olacam.

-Özünüz barədə nələri görürsünüz?

-Mən 33 yaşıma qədər ekstrasens olacağam. Azərbaycanda yaşamayacağam, Fransada yaşayacam.Mənim bahalı maşınım olacaq.Dəniz kənarında 3 mərtəbəli villam olacaq Fransada.Hərçənd ki, Fransadan xoşum gəlmir.29 yaşımda evli olacam, 1 doğma uşağım olacaq, 6 dənə uşağı isə götürüb saxlayacam.Özü də xarici vətəndaşla evli olacağam.Bunları görə bilirəm mən.

-34 yaşınızda bu yerdə müsahibə etsək, reaksiyanız maraqlı olardı.

-Əgər elə olsa, siz mənim üzümə nə desəniz, haqqınız var.

Rövşən Əsədov
Cebhe.info
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16744

© 2014 www.mediaxeberleri.com